MAXİLEN BİO

Category:

MAXİLEN BİO kapsul

Tərkibi (hər 1 kapsulda):
Əsas maddə: Selen 0,11 mq (0,263 mq Natrium selenat şəklində)
Köməkçi maddələr: Maqnezium stearat, mikrokristallik selüloza, jelatin.
Xüsusiyyətləri və istifadə üçün göstərişləri:
Selen insan sağlamlığı üçün ən vacib olan minerallardan biridir. Selen immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir – orqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehsalını sürətləndirir və immun sisteminin göstəricilərinin xeyli yaxşılaşmasına səbəb olur.

Selen antioksidant xususiyyətlərinə malikdir – orqanizmi sərbəst radikalların təsirindən qoruyur, orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Selen həmçinin qalxanvari və mədəaltı vəzilərin, kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırır, saçların, dərinin vəziyyətinə musbət təsir edir, qara ciyərin hüceyrələrinin bərpasına kömək edir.

İnsan orqanizmində selenin çatışmamazlığının qarşısını alınması üçün qida rasionunu zənginləşdirilməsi məqsədi ilə istifadə olunur.

Əks göstərişləri və əlavə təsirləri:
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamiləlik və laktasiya dövründə həkimin məsləhəti ilə qəbul edilir.

İstifadə qaydası və dozalanması:
14 yaşdan yuxarı uşaqlar və böyüklərə gün ərzində 1 dəfə 1 kapsul tövsiyə olunur.

Buraxılış forması: Karton qutuya yerləşdirilmiş blisterlərdə 60 ədəd kapsul.

Yararlılıq müddəti: 3 il.

İstehsalçı: KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. KOC Pharmaceuticals Co. Ltd.
Ünvan: Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No: 21
Yenimahalle / ANKARA / TÜRKİYE.
Tel.: +90 312 397 65 70 Faks: +90 312 397 88 75
www.kocilac.com / info@kocilac.com