D-FEROL

Category:

  D-FEROL®

 (Daxilə qəbul üçün damcı)

İstifadə üçün təlimat

Bioloji aktiv qida əlavəsi. Dərman vasitəsi deyil .

Tərkibi: 10 ml-də

Təsiredici maddə :  Xolekalsiferol 50 000 BV.

(1 ml-də 25 damcı, 1 damcıda isə 200 BV Vitamin D3 mövcuddur)

Köməkçi maddə: Zeytun  yağı.                                                                                                                               

Farmakoloji qrup:  Vitaminlər və onların analoqları

Farmakoloji xüsusiyyətləri : D-FEROL  qidaya əlavəsinin əsas təsiredici komponenti  xolekalsiferol (vitamin D3) – kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olub, dəridə günəş şualarının təsirindən yaranır. Komponent sümüklərin, skeletin və dişlərin normal inkişafına səbəb olur. D3 vitamini nazik bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərini təmin edərək antiraxitik təsir göstərir. Böyrəklərdə kalsium və fosfatların reabsorbsiyasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin normal tonusunu təmin edir, miokardın funksiyasını tənzimləyir, sinir impulslarının ötürülməsində, ATF –in sintezində iştirak edir. Vitamin qalxanabənzər ətraf vəzinin normal funksiyasını təmin edir. Komponent limfokinlərin sintezinə müsbət təsir edərək qeyri – spesifik immuniteti formalaşdırır.

Göstərişləri:

  • D – hipo və avitaminozu;
  • Raxitin profilaktikası;
  • Osteomalyasiya və osteoporozun kompleks proflaktikası (sümüklərin və dişlərin normal vəziyyatinin qorunması və inkişafının sürətləndirilməsi məqsədilə);
  • Hipoparatireozun və psevdohipoparatireozun müalicəsinə yardım məqsədilə.

İstifadə qaydası və dozalanması: 1 ml D-Ferol® məhlulu 25 damcıdır.

  • Vitamin D çatışmamazlığının profilaktikasında : gündə 1 dəfə 2 damcı;
  • Uşaqlar və yeni doğulmuşlarda raxitin profilaktikasında
    1 yaşa qədər – gündə 2 damcı;
    1 yaşdan yuxarı – gündə 2-3 damcı;
  • Osteoporoz və osteomalyasiyanın profilaktikasında: gündə 1 dəfə 2-3 damcı;
  • Hiperparatireoidizmin kompleks profilaktikasında : gündə 2-3 damcı;

Digər istifadə qaydalarına və dozasına yalnız həkimin məsləhəti əsasında icazə verilə bilər.

Əks göstərişləri: 

D vitamininə qarşı hiperhəssaslıq,D hipervitaminozu,hiperkalsiemiya,hiperkalsiuriya,böyrək çatmamazlığı,böyrək daşı xəstəliyi,ağciyər vərəminin aktiv forması. Mədə-bağırsaq xorasında,ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə (perikardit,miokardit və s.) ehtiyatla istifadə edilməlidir.

Əlavə təsirləri:

Əlavə təsirlər əksər hallarda doza artıqlığı zamanı yarana bilər.

Digər preparatlarla vasitələri ilə qarşılıqlı təsiri:

D-Ferol® ürək qlükozidlərinin toksiki təsirini artırır.

Doza həddinin aşması:

Doza həddinin aşması xolekalsiferola qarşı  yüksək həssaslıq olan şəxslərdə  müşahidə olunur.

Saxlanma şəraiti:

25°C aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəif cöküntü və ya zəif bulanıqlıq yarana bilər, bu da məhsulun keyfiyyətinə təsir göstərmir.

Yararlılıq müddəti: 3 il

Buraxılış forması:  D-Ferol®, 10 ml flakon

İstehsalçı ölkə:

KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti.

KOC Pharmaceuticals Co. Ltd.

Ünvan: Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No:21

Yenimahalle/ ANKARA / TÜRKİYE.

Tel.: +90 312 397 65 70    Faks: +90 312 397 88 75

www.kocilac.com  / info@kocilac.com