Monofer

Category:

                           MONOFER® (Qida əlavəsi)

 

Tərkibi

15 ml flakonda daxilə qəbul etmək üçün damcı

Təsiredici maddə :

Hər 1 ml-də 149 mq Ferrum Sulfat vardır (30 mq dəmir ionuna ekvivalentdir)

Köməkçi maddələr :

Metil paraben, propil paraben, limon turşusu, saxarin, şəkər, banan aromatizatoru, qliserin, karboksimetilseluloza.

Farmakoterapevtik qrupu

Dəmir preparatı

Farmokoloji xüsusiyyətləri

MONOFER -in tərkibindəki Ferrum sulfat (iki valentli dəmir) dəmir-sulfat duzu şəklində olub dəmir çatışmamazlığının müalicəsi üçün istifadə olunan antianemik preparatdır. Dəmir insan orqanizminin vacib hissəsidir. O, hemoqlobinin, mioqlobinin və bir sıra digər fermentlərin tərkibinə daxildir. Toxumalara və əsas da beyinə oksigenin daşınmasında iştirak edir.  Eritropoezi stimulə edir. 

İstifadəsinə göstərişlər

Yarımçıqdoğulmuşlarda, yenidoğulmuşlarda və uşaqlarda dəmirdefisitli anemiyanın müalicə və profilaktikasında istifadə olunur.

Əks göstərişlər

Dəmir çatışmazlığı ilə əlaqədar olmayan (məs. hemolitik anemiya və ya B12 vitamin çatışmazlığı ilə əlaqədar olan izoləolunmuş meqaloblastik) anemiyalar, hiperhəssaslıq. Orqanizmdə çox miqdarda dəmirin toplanması (məs. hemosideroz, hemoxromatoz). Dəmirin xaricolma mexanizmlərinin pozğunluqları (məs. qurğuşun anemiyası, sideroaxrestik anemiya).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dəmir duzları mədə-bağırsaq traktında tetrasiklin qrupu antibiotiklərin sorulmasını pozur. Bərk halda olan qidalar, çörək, süd məhsulları, yumurta dəmirin absorbsiyasını zəiflədir, tetrasiklin qrupu antibiotikləri, həmçinin pensillaminlə birgə istifadə edilərkən dəmirin sorulmasını və antibiotikin antimikrob aktivliyini zəiflədən kompleks birləşmələr əmələ gəlir.

Xüsusi göstərişlər

Nəcisin tünd rəngdə olması sorulmayan dəmirin xaric olması ilə əlaqədardır və xüsusi klinik əhəmiyyət kəsb etmir.

İstifadə qaydası və dozası

1 yaşa qədər uşaqlarda                –  6 damcı (0,3 ml)  gündə 1 dəfə;

1 yaşdan  4 yaşadək uşaqlarda    –  10 damcı (0,5 ml) gündə 1 dəfə;

4 yaşdan  12 yaşadək uşaqlarda  –  15-20 damcı (0,8-1 ml) gündə 1 dəfə;

12 yaşdan böyük uşaqlara           –  20 damcı (1 ml ) gündə 2 dəfə.

Damcını bir miqdar mayə ilə (ana südü və ya su ilə) qəbul etmək məsləhət görülür.

Müalicəni dəmirin orqanizmdə normal göstəriciyə çatdıqdan sonra ən azı 8-12 həftə ərzində dəvam etdirmək lazımdır, sonra isə saxlayıcı dozanı təyin etmək məsləhət görülür.

Əlavə təsirləri

Nadir hallarda mədə-bağırsaq pozulmaları (mədədə ağırlıq hissi, epiqastral nahiyyədə ağrı, ishal və ya qəbizlik) rast gəlinir. Dozanı azaltdıqda bu simptomlar aradan qalxır.

Buraxılış forması

Daxilə qəbul etmə üçün damcı, 15 ml flakonda.

Flakon daxili anotasiya ilə birgə karton karobkanın içinə yerləşdirilib.

 Saxlanma şəraiti

25ºC – dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

Qutunun üstündə göstərilən tarix bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı

KOÇ İLAÇ

Kişisel bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd.

Sti. / KOC Pharmaceuticals Co. Ltd.

Adres: Macun Mahallesi Erciyes

İş Yerleri Sitesi 196. Cad. No: 21

Yenimahalle / ANKARA / TURKEY