MAXİLEN BİO

Kategoriler:

MAXİLEN BİO kapsul

Tərkibi (hər 1 kapsulda):
Əsas maddə: Selen 100 mkq (L-Selenmetionin Natrium selenat şəklində)
Köməkçi maddələr: Mikrokristallik sellüloza, Polivinilpirrolidon K30, Silikon Dioksid, Maqnezium stearat, .
Xüsusiyyətləri və istifadə üçün göstərişləri:
Selen insan sağlamlığı üçün ən vacib olan minerallardan biridir. Selen immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir – orqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehsalını sürətləndirir və immun sisteminin göstəricilərinin xeyli yaxşılaşmasına səbəb olur.

Selen antioksidant xususiyyətlərinə malikdir – orqanizmi sərbəst radikalların təsirindən qoruyur, orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Selen həmçinin qalxanvari və mədəaltı vəzilərin, kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırır, saçların, dərinin vəziyyətinə musbət təsir edir, qara ciyərin hüceyrələrinin bərpasına kömək edir.

İnsan orqanizmində selenin çatışmamazlığının qarşısını alınması üçün qida rasionunu zənginləşdirilməsi məqsədi ilə istifadə olunur.

Əks göstərişlər və əlavə təsirlər: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamilə və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir.

İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlara və böyüklərə  gün ərzində 1 tablet gündə 1 dəfə tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

İstifadə qaydası və dozalanması:
14 yaşdan yuxarı uşaqlar və böyüklərə gün ərzində 1 dəfə 1 tablet tövsiyə olunur.

Buraxılış forması: Şüşə flakonda 60 ədəd tablet.

Yararlılıq müddəti: 3 il.

İstifadə sahəsi və əsas göstərişlər: Selen mineralının əlavə mənbəyi kimi tövsiyə oluna bilər.  Maxilen-bio tabletləri normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İstehsalçı: AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti.

Ünvan: Tepeören Mahallesi Karadağ küç.
Gurme Carrefoursa Apt. No 7/1 Tuzla/İstanbul
info@admedline.com

Mərkəz ofis: AD MEDLİNE İNTERNATİONAL LTD
Barneveldseweg 13, Lantern, 6741 LH, Hollandiya
centraloffise@admedline.com
Tel.: +3162-136-45-93