Saframag

Kategoriler: ,

Tərkibi:

Zəfəran çiçəyi ekstraktı (Safranal)  – 600 mkq

Maqnezium bisqlisinat – 200 mq

L-Triptofan – 200 mq

Piridoksal 5-fosfat (Vitamin B6) – 2.5 mq

Zəfəran çiçəyi ekstraktı (Safranal)  serotoninin və noraderanilinin geriyə tutulmasının qarşısını alır. Safranal monoaminoksidazanı ingibə edərək sinaps boşluğunda serotoninin konsentrasiyasını artırır.

Həmçinin Safranal artıq qida qəbul etmə həvəsinidə tənzimləyir, çəkini normada saxlamağa köməklik göstərir.

L-Triptofan  – əvəz olunmayan amin turşu olub, orqanizmdə serotonin və melatoninin sələfidir. Triptofan hematoensefalitik baryeri keçərək serotonin və melatonin sintezində iştirak edir. L-Triptofan melatonin sintezini artıraraq yuxuyagetməni asanlaşdırır, normal yuxunu tənzimləyir. Triptofanın həmçinin iştah azaltıcıda xususiyyəti vardır.

Maqnezium bisqlisinat – maqneziumun digər birləşmələrindən fərqli olaraq Bisqlisinat formasının (qlisin ilə birləşmiş) biomənimsənilməsi üçün mədə turşusuna ehtiyac olmur  və ona görədə tam absorbsiya olunur.  Bisqlisinat yeganə maqneziumdur ki hematoensefalitik baryeri keçir və ona görədə depressiyası, psixi narahatçılığı və miqreni olan xəstələr üçündə göstərişdir. Maqnezium sümük minerallaşmasında, enerji istehsalında, sinir sisteminin işində, sinir impulslarının ötürülməsində iştirak edir və həmçinində qidaların hüceyrə enerjisinə çevrilməsi üçün vacibdir. Hüceyrə səviyyəsində maddələr mübadiləsini normallaşdırır, yağ turşularının, zülalların sintezində və qlükozanın metabolizmasında iştirak edir. Orqanizmin fiziki enerjisinin artırmasında və qandakı şəkərinin enerjiyə çevrilməsindədə böyük rolu var.

Piridoksal 5-fosfat (Vitamin B6) – vitamin B6 aktiv formasıdır, hansı ki orqanizm tərəfindən tam biomənimsənilir. Triptofanın serotoninə və melatoninə çevrilmə reaksiyalarının kofaktorudur. Həmçinin P-5-P sinir hüceyrələri tərəfindən qlükozanın mənimsənilməsi prosesində iştirak edir.

Yorğunluq hissini aradan qaldırır, koqnitiv funksiyaları yaxşılaşdırır və immun sistemi gücləndirir.

Qəbul qaydası : 1 tabletdən gündə 1 – 2 dəfə günün birinci yarısı qəbul etmək məsləhətdir.