Endofol

Kategoriler:

TƏRKİB :
L-Metilfolat (Vitamin B9) – 400 mkq
Metilkobalamin (Vitamin B12) – 9 mkq
Piridoksal – 5 – fosfat (Vitamin B6) – 5 mq
L-Metilfolat (Vitamin B9)- Folatlar insan orqanizmində bütün hüceyrələrin fizioloji bölünməsini və normal böyüməsini təmin edən əsas metabolik proseslərdə iştirak edir. Beləliklə, folatlar qanda homosistein amin turşusunun konsentrasiyasını tənzimləyir, bu da həddindən artıq olduqda damarların divarlarını zədələyir və aterosklerozun yaranmasına səbəb olur. Folat çatışmazlığı sümük iliyinə də mənfi təsir göstərir , anemiyaya səbəb olur. Folat səviyyəsi hamiləlik planlaşdıran bütün qadınlar üçün xüsusilə vacibdir və bu vitamin hamiləliyi planlamadan bir neçə ay əvvəl qəbulu məsləhət görülür. Bu, fetal sinir borusunun meydana gəlməsində iştirak edən folatların qoruyucu səviyyəsini bərpa etmək üçün vaxt lazımdır – bundan sonra uşağın onurğa beyni və beyni inkişaf edəcək.
Fol turşusu çatışmazlığı infarkt, insult, onkologiya, anemiyaya səbəb ola bilər. Sinir sistemindəki neyromediatrların balansı üçün fol turşusu vacibdir. Noradrenalin – gumrahlığı, serotonin isə sağlam yuxu və əhval – ruhiyyə yaradır. Folat çatışmazlığı dəri problemləri, selikli qişalarda xoralar, həzm pozğunluqları və tez – tez bağırsaq infeksiyaları kimi də özünü göstərir.
Metilkobalamin – B12 vitamininin aktiv və yüksək dərəcədə sorulan koenzim formasıdır, hansı ki homosistein mübadiləsində birbaşa iştirak edir. Vitamin B12 qırmızı qan hüceyrələrinin normal formalaşmasına, sinir və immunitet sisteminin güclənməsinə və normal enerji mübadiləsində iştirak edir.
Piridoksal – 5 – fosfat (Vitamin B6) – 100-dən çox fermentativ metabolik reaksiyalarda iştirak edir. Uşaqlarda sinir sisteminin formalaşmasında və inkişafında mühüm rol oynayır, immun sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Həmçinin Vitamin B6 qanyaranma prosesində iştirak edir, eritrositlərin, hemoqlobinin sintezində iştirak edərək anemiyanın qarşısını alır.
İstifadə qaydası : 1 tabletdən gündə 1 dəfə yeməkdən sonra dilaltı.