D-SOFT

Kategoriler:

Tərkibi:
Vitamin D3 – 1000 BV
Vitamin K2 (MK-7) – 50 mkq

D-Softun tərkibində olan D3 vitamini kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olub, sümüklərin, skeletin və dişlərin normal inkişafına müsbət təsir göstərir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin normal tonusunu saxlayır. Eləcə də qalxanabənzər ətraf vəzinin normal funksiyasini təmin edir. D-Soft limfokinlərin sintezinə müsbət təsir edərək immunitetin formalaşmasında mühüm rol oynayır.

Digər D3 vitaminlərindən fərqli olaraq D-Soft-un tərkibində K2 vitamini də vardır
• K2 vitamini (MK-7) nə üçün lazımdır?
1. Kalsiumun düzgün mənimsənilməsinə;
2. Damar və ürək sağlamlığının qorunmasına;
3. İnsulin istehsalının artmasına və insulin rezistentliyin aradan qalxmasına;
4. İltihab əleyhinə təsir göstərir. Belə ki, K2 vitamininin revmatoid artritli xəstələrdə iltihabı azaltmağa kömək edir.
5. İmmun sisteminə müsbət təsiri var.
6. Antioksidant təsirə malikdir.
7. Orqanizmdə yaşlanma proseslərini ləngidir.

• Niyə K2 vitaminini D3 vitamini ilə eyni vaxtda təyin edilməsi vacibdir ?
K2 vitamini tez-tez D3 vitaminlərinə əlavə olunur (və ya əksinə), çünki D3 vitamini kalsiumun sümük toxumasına keçməsinə kömək edir və sümük sağlamlığına müsbət təsir göstərir. D3 və K2 vitaminlərinin birgə qəbulu hər birinin təsirini yaxşılaşdırır. Həmçinin həddindən artıq miqdarda D3 vitamininin qəbulu arterial damarların kalsifikasiyasına səbəb ola bilər, bunun üçün K2 və D3 vitaminlərinin birgə qəbulu arterial damarların kalsifikasiya riskini azaldır.

Beləliklə, bu iki vitaminin birgə qəbulu hər iki vitaminin sorulmasını yaxşılaşdırır və həmçinin yan təsirlərin yaranmasının qarşısını alır.
İstifadəsinə göstərişlər:
• İmmuniteti gücləndirmək məqsədi ilə;
• Sümük və əzələ sisteminin gücləndirilməsində;
• Orqanizmi enerji ilə təmin edilməsinə ehtiyac olduqda;
• Sinir sisteminin normal fəaliyyətini tənzimləmək üçün;
• Həm qadınlarda, həm də kişilərdə normal reproduktiv funksiyanın qorunması məqsədi ilə istifadə oluna bilər.
• Dəri və saç problemləri olan pasientlərdədə problemin aradan qalxmasına müsbət təsir göstərir, həmçinin artıq çəkili insanlarda çəki atmasınada dəstək olur.
Buraxılış forması: Şüşə qablaşmada 100 ədəd yumşaq kapsul.
İstifadə qaydası : Gündə 1 dəfə 1-2 kapsul