Biocal

Kategoriler:

BIOCAL tablet

İstifadə üçün təlimat

Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

BIOCAL tablet

Tərkibi (hər 1 tabletdə):

Əsas maddələr: Kalsium (Kalsium Sitrat şəklində) 750 mq, Maqnezium (Maqnezium Sitrat şəklində) 100 mq, Sink (Sink Qlükonat şəklində) 10 mq, Vitamin K 30 mkq, Vitamin D 200 BV.

Köməkçi maddələr: Mikrokristallik sellüloza, Dikalsium fosfat, Polivinilpirrolidon K30, Natrium kroskarmelloza, Maqnezium stearat, .

Əks göstərişlər və əlavə təsirlər: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamilə və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir.

İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlara və böyüklərə  gün ərzində 1 tablet gündə 3 dəfə tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: Şüşə flakonda 60 ədəd tablet.

Saxlanma şəraiti: Otaq temperaturda, quru, işiqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 3 il

İstifadə sahəsi və əsas göstərişlər: BİOCAL dayaq hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir. Biocal tabletləri normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İstehsalçı: AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti.

Ünvan: Tepeören Mahallesi Karadağ küç.
Gurme Carrefoursa Apt. No 7/1 Tuzla/İstanbul
info@admedline.com
Mərkəz ofis: AD MEDLİNE İNTERNATİONAL LTD
Barneveldseweg 13, Lantern, 6741 LH, Hollandiya
centraloffise@admedline.com
Tel.: +3162-136-45-93