Endopharm şirkəti yüksək keyfiyyətli məhsulları ilə fərqlənən, Almaniya, Avropa, Amerika və Türkiyə şirkətləri ilə əməkdaşlıq edərək onların qida əlavələri və dərman vasitələrini Azərbaycana idxal edərək fəaliyyət göstərən yerli bir şirkətdir.
Bizim əsas fəaliyyətimiz preparatların Azərbaycana idxalı, marketinqi və topdan satışından ibarətdir. Şirkətimiz 2015-ci ildən rəsmi fəaliyyətə başlamışdır.
Endopharm şirkəti – Öz fəaliyyətinə bir preparatla başlayan və hal-hazırda müxtəlif mineral və vitaminlərlə Azərbaycan bazarında öz layiqli yerini tutmuş, göstərilən etimadı doğrultmaya çalışan və davamlı inkişafı özünə hədəf seçmiş bir şirkətdir.
Bizim əsas məqsədimiz – Elmi və tədqiqat potensialımızı daima təkmilləşdirərək və bu minvalla müasir müalicə metodları üçün tələb olunan yüksək keyfiyyətli dərman vasitələri ilə təmin etmək. Gələcək planımızda isə istehsalını təşkil edərək bütün dünyada öz keyfiyyətli və müasir preparatları ilə tanınan rəqabətə davamlı bir şirkət olmaqdır.
Bizim əsəs devizimiz minimum qiymət maksimum keyfiyyət prinsipini əsas tutaraq beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli məhsulların istehsalı, idxalı və satışını təmin etməkdir.
ENDOPHARM – maksimum keyfiyyət və minimum qiymət !